Berti Foqts Arif Əsədovla görüşüb
14 Mart 2011 Bazar Ertəsi 15:02
Yığmamızın baş məşqçisi “Neftçi”nin futbolçuları haqda danışıb
"Neftçi"nin baş məşqçisi Arif Əsədov milli yığmanın baş məşqçisi Berti Foqtsla görüşüb. “Neftçi” klubunun baş məşqçisinin klubun rəsmi saytına verdiyi açıqlamaya görə, Berti Foqts görüşdə futbolçularla bağlı məlumat alıb.

““Neftçi"nin heyətindən milli komandamıza Rail Məlikov, Cavid İmamverdiyev, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Amit Quluzadə, Araz Abdullayev kimi futbolçular dəvət olunur. Bu futbolçularla yanaşı, həmçinin U-21 yığmamıza Ruslan Qurbanov, Mirhüseyn Seyidov, Tərlan Quliyev cəlb edilir. Yığma komandamızın baş məşqçisi Berti Foqts onlar haqqında məndən geniş məlumat aldı. Almaniyalı mütəxəssis yığma komandaya namizəd futbolçular haqqında mənim fikirlərimi öyrəndi”, - deyə Arif Əsədov bildirib.

“Neftçi”nin baş məşqçisinin sözlərinə görə, Berti Foqts onunla söhbətində futbolçuların mövqeləri ilə bağlı öz fikirlərini söyləyib. Berti Foqts futbolçuların son durumları barədə Arif Əsədovdan məlumat alıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar