Berti Foqts Araz Abdullayevə etibar etmir
23 May 2010 Bazar 20:15
Gənc futbolçu Araz Abdullayev millinin Avstriyada keçiriləcək təlim-məşq toplanışına aparılmayıb.
Azərbaycan milli komandasının mayın 23-dən iyunun 3-dək Avstriyada keçiriləcək təlim-məşq toplanışında Araz Abdullayev iştirak etməyəcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sayt Arazın Avstriyaya aparılmamasının səbəbi haqda məlumat verməyib.

Xatırladaq ki, millimiz Avstriyadakı hazırlıq prosesi çərçivəsində mayın 26-da Moldova, bundan 3 gün sonra Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyunu keçirəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar