Berti Foqts Almaniyaya 3 qapıçı aparıb
30 Avqust 2010 Bazar Ertəsi 22:05
Baş məşqçi Berti Foqts almanlara qarşı oyunda 22 futbolçu arasından seçim edəcək.
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniyaya aparacağı futbolçuların adlarını açıqlayıb. Almaniyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dünya üçüncülərinə qarşı oyunda 22 futbolçu arasından seçim edəcək.

Berti Foqts Almaniyaya 3 qapıçı aparıb. “Xəzər-Lənkəran”ın və yığmanın 1 nömrəsi Kamran Ağayevin zədəli olmasına baxmayaraq, alman mütəxəssis onu heyətə cəlb edib. Ağayevin meydana çıxa bilməyəcəyi halda, onu “Qarabağ”dan olan həmkarı Fərhad Vəliyev və ya “İnter”li Səlahət Ağayev əvəzləməyə çalışacaq.

Çalışdırıcı almanların hücumlarının qarşısını almaq üçün 8 müdafiəçi arasında seçim edəcək. Bunlar Türkiyənin “Eskişehirspor” klubuna transfer olunmuş Rəşad Sadıqov, “Qarabağ”dan Maksim Medvedev və Samir Abbasov, “Turan”dan Vurğun Hüseynov, “Xəzər-Lənkəran”ın uğurları üçün çalışan Elnur Allahverdiyevlə yanaşı, “Neftçi”nin şərəfini qoruyan Ruslan Abışov və Rail Məlikov, “Qəbələ”nin arxa xətt oyunçusu Saşa Yunusoğlu, eləcə də “İnter”dən Volodimir Levindir. Berti Foqts vətəninə həmçinin eyni sayda yarımmüdafiəçi aparıb.

Burada “Neftçi”nin 2 futbolçusu, Amit Quluzadə və Araz Abdullayev yığmaya çağırılıb. Dünya üçüncülərinə qarşı meydana çıxma şansı əldə edənlər arasında “Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramim, həmçinin Rəşad Sadiqov, Aleksandr Çertaqanov və Rahid Əmirquliyev də baş məşqçinin ümidlərini doğrultmağa çalışacaq. Yarımmüdafiə xəttində bir legionerimiz var, söhbət Rusiyanın “Anji” klubunun şərəfini qoruyan Mahir Şükürovdan gedir. Bundestimlə görüşdə Foqts 3 hücumçuya bel bağlayacaq ki, bunlardan 2-si “Qarabağ”ın idman şərəfini qoruyur. Bunlar Rauf Əliyevlə Vuqar Nadirovdur. Yığmaya cəlb olunan 3-cü hucumçu isə eks “Tevente”li, hazırki “Bakı”lı Vaqif Cavadovdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar