Berti Foqts Almaniyada ölkəmizi təriflədi
11 Mart 2013 Bazar Ertəsi 15:57
Baş məşqçi Berti Foqts : Azərbaycan turistlər üçün təbiəti və qədim abidələri ilə kəşf ediləsi yerdir.
Almanyanın paytaxtı Berlində təşkil olunmuş İTB Beynlxalq Turizm sərgisində iştirak edən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts affa.az saytına fikirlərini bildirib: "Digər sahələrdə olduğu kimi, turizm sferasında da Azərbaycan inkişaf etməkdədir. Ölkənin böyük turizm potensialı var. Relyefinə və təbiətinə görə çox cəlbedicidir. Azərbaycan turistlər üçün təbiəti və qədim abidələri ilə kəşf ediləsi yerdir. “İTB Berlin 2013” turizm sərgisində iştirak etməsi bu ölkəyə olan marağı daha da artıracaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bu sahədə tutduğu strategiya doğru və məqsədyönlüdür".


DOSTLARINLA PAYLAŞ:

oyunlar