Berti Foqts 5 oyunçunu heyətdən çıxarıb, dördünü dəvət etdi
12 Noyabr 2011 Şənbə 16:01
Rəşad Sadiqovun millidən kənarlaşdırılacağı bildirilsə də, Foqts onu yox, Raili Bakıya göndərməyə qərar verib.
Azərbaycan milli komandasının Albaniyada təşkil olunmuş təlim-məşq toplanışı yekunlaşıb. Azerisport.az xəbər verir ki, bu gündən etibarən millimizin Almaniyanın Berlin şəhərində təlim-məşq toplanışı başlayacaq.
Hazırlıq prosesi çərçivəsində noyabrın 15-də millimiz “Union Berlin” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu oyunun test xarakterli olduğu nəzərə alınaraq və gələcəkdə millidə çıxış etmək ehtimalı böyük olan gənc futbolçuların təcrübə toplaması məqsədilə komandanın heyətində dəyişiklik edilib.
Vladimir Levin, Elşən Məmmədov, Mahir Şükürov, Branimir Subaşiç və Rail Məlikov bu gün millinin düşərgəsini tərk edərək Bakıya qayıdacaqlar. Bununla yanaşı, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan Amit Quluzadə, Cihan Özkara, Bədavi Hüseynov və Rizvan Umarov milli komandanın düşərgəsinə gedəcəklər.
Maraq üçün xatırladaq ki, öncədən Rəşad Sadiqovun millidən kənarlaşdırılacağı bildirilsə də, Foqts onu yox, Raili Bakıya göndərməyə qərar verib. Qalanların isə Tiranadan birbaşa Bakıya qayıdacağı öncədən də məlum idi.
DOSTLARINLA PAYLAŞ: