Berluskoni Ronaldoya elçi düşüb
12 Aprel 2011 Çərşənbə Axşamı 16:30
İtaliyanın baş naziri futbolçunu “Milan”da görmək istəyir
İtaliyanın baş naziri və ”Milan” klubunun rəhbəri Silvio Berluskoni İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonu komandasına transfer etməyə çalışacağını bildirib. ANS PRESS-in “CNNturk.com”a istinadən verdiyi məlumata görə, klub rəhbəri “Milan”ın ölkə çempionu olacağı təqdirdə, Ronaldonu transfer edəcəyini vurğulayıb.

Qeyd edək ki, “Milan” İtaliya çempionatının başa çatmasına 6 tur qalmış turnir cədvəlinin şəriksiz lideridir. Silvio Berluskoninin komandası yaxın izləyicisi “Napoli” klubunu 3 xal qabaqlayır.

Xatırladaq ki, Kriştiano Ronaldo iki il əvvəl “Mançester Yunayted” klubundan “Real”a 94 milyon avroya transfer olunmuşdu. Portuqaliyalı futbolçu bununla dünya futbolu tarixinin ən bahalı futbolçusu seçilmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar