Belçika millisinin baş məşqçisi oyundan razıdır
30 Mart 2011 Çərşənbə 02:58
Corc Leekens: “Penalti epizodunu şərh etməyəcəm”
Futbol üzrə Belçika yığmasının baş məşqçisi Corc Leekens Azərbaycan millisi üzərindəki böyük hesablı qələbəni şərh edib. O, həm nəticədən, həm də futbolçuların oyunundan razı qaldığını bildirib: “Bizim oyunçular gəncdirlər. Şadam ki, bütün itkilərə baxmayaraq, biz iki oyunda altı xal topladıq. Bu xallar bizim üçün çox vacib idi. Azərbaycan millisi bizimlə bərabər oynamaq istədi. Lakin, bu, alınmadı. Penalti epizoduna gəldikdə isə, mən onu şərh etməyəcəm. Hakim onu təyin etmək qərarına gəldi”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar