Belçika millimizlə oyun üçün heyətini açıqladı
18 Mart 2011 Cümə 13:47
Rəqib düşərgəsinə 25 futbolçu cəlb edib
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Avstriya, martın 29-da isə Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığmasının heyəti açıqlanıb. ANS PRESS-in məlumatına görə, Belçika yığmasının heyətinə 25 futbolçu cəlb edilib. Onlar;n əksəriyyəti isə legionerlərdir. Millimizin rəqibi Belçika yığmasının heyətinə cəlb edilmiş futbolçuları nəzərinizə çatdırırıq:

Qapıçı: Jan-Fransua Jiye, Simon Minole, Silvio Proto, müdafiəçilər: Tobi Alderveyreld, Loran Siman, Vensan Kompani, Nikolas Lomberts, Sebastyan Pokonyoli, Daniel van Buyten, Yelle van Damm, Yan Vertongen, yarımmüdafiəçilər: Stiven Defur, Eden Hazar, Dris Mertens, Kevin Miralyas, Vadis Ocica-Ofoye, Timmi Simons, Antoni van den Borre, Aksel Vitsel, hücumçular: Mussa Dembele, Romelu Lukaku, Byorn Fleminks, Yelle Vossen, Naser Çadli, Marvin Oqunjimi.

Xatırladaq ki, Belçika – Azərbaycan matçı martın 29-da Brüssel şəhərinin “Rua Boduen” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar