Belçika ilə oyun ərəfəsində millimizin heyəti açıqlandı
14 Mart 2011 Bazar Ertəsi 14:09
Siyahıda “Qarabağ”ın oyunçuları üstünlük təşkil edir
Millimizin futbol üzrə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Brüseldə Belçika yığması ilə qarşılaşmada meydana çıxacaq heyəti məlum olub. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız bu heyətlə martın 19-dan 26-a qədər Almaniyanın Veqberq şəhərində, martın 26-dan 29-a qədər isə Belçikanın Brüssel şəhərində təlim-məşq toplanışı keçirəcək. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika – Azərbaycan oyunu martın 29-da keçiriləcək.

Yığmazın heyətinə dəvət almış futbolçuları nəzərinizə çatdırırıq: Kamran Ağayev, “Xəzər Lənkəran”, Fərhad Vəliyev – “Qarabağ”, Andriy Popoviç – “Abşeron”, Rəşad Sadıqov – “Qarabağ”, Saşa Yunisoğlu – “Qəbələ”, Volodimir Levin – “İnter”, Vurğun Hüseynov – “Turan”, Rail Məlikov – “Neftçi”, Cəmşid Məhərrəmov – “Bakı”, Elnur Allahverdiyev – “Xəzər Lənkəran”, Ruslan Abışov – “Neftçi”, Samir Abasov – “Qarabağ”, Rahid Əmirquliyev – “Xəzər Lənkəran, Aleksandr Çertoqanov – “İnter”, Cavid Hüseynov – “Neftçi”, Mahir Şükürov – “Anji”, Araz Abdullayev – “Neftçi”, Elvin Məmmədov – “Qarabağ”, Vüqar Nadirov – “Qarabağ”, Rauf Əliyev – “Qarabağ” və Vaqif Cavadov – “Bakı”.

Qeyd edək ki, Rusiyanın “Anji” klubunun üzvü Mahir Şükürov zədəsi sağalacağı təqdirdə millinin təlim-məşq toplanışında iştirak edəcək.





DOSTLARINLA PAYLAŞ:

oyunlar