Belçika - Azərbaycan oyununun hakimləri açıqlandı
27 Mart 2011 Bazar 03:00
Belçika - Azərbaycan oyununun hakimləri açıqlandı. Millimizin oyununu İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika - Azərbaycan oyununun hakimləri müəyyənləşib. Oyunun baş hakimi Daniel Stalhammerdir. Ona Peter Martinsson, Yoakim Flink kömək edəcəklər. Dördüncü hakimlik isə Martin Hanssona tapşırılıb. Hakimlər briqadası İsveçdəndir.

Qeyd edək ki, Belçika - Azərbaycan oyunu martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də, Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar