Brüsseldə Belçika-Azərbaycan qarşılaşması millimizin növbəti biabırçı məğlubiyyəti ilə başa çatıb. ANS PRESS-in məlumatına görə, oyunda beş qol vurulub.
Əvvəlcə meydan sahibləri fərqləniblər. 12-ci dəqiqədə Yan Vertongen hesabı açıb.
Lakin bundan cəmi dörd dəqiqə sonra millimiz hesabı bərabərləşdirib - Ruslan Abışev fərqlənib.
31-ci dəqiqədə Rail Məlikov millimizin cərimə meydançasında topa əli ilə toxunub. İsveçli hakim Daniel Stalhammar qapımıza penalti təyin edib və Timmi Simons yaranmış vəziyyətdən məharətlə istifadə edib - 2:1.
Birinci hissənin əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Belçika millisi hesab arasındakı fəqrqi artırıb. Bu dəfə Naser Çadli dəqiq oynayıb - 3:1. Birinci hissə bu hesabla başa çatıb.
Belçika millisi ikinci hissədə daha bir dəfə fərqlənib. Jell Fossen Azərbaycan millisinin qapısından dördüncü qolu 74-cü dəqiqədə keçirib. Bu, oyunda son nöqtəni qoyub və komandamız Brüsseldən 1:4 hesablı məğlubiyyətlə qayıdır.