Belçika – Azərbaycan matçının biletləri satışda
26 Fevral 2011 Şənbə 14:16
Azarkeşlərimiz oyuna bilet sifariş edə bilərlər
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində martda keçiriləcək Belçika - Azərbaycan matçlarının biletləri satışa çıxarılıb. Belçika Futbol Assosiasiyasının rəsmi saytına verdiyi məlumata görə, biletlərin qiyməti stadiondakı yerlərdən asılı olaraq 40, 30 və 20 avro civarında dəyişir. Oyunu stadiondan izləmək istəyənlər biletləri www.footbel.com internet saytı vasitəsilə də əldə edə bilərlər.

Xatırladaq ki, AVRO-2012-nin seçmə mərhələsində Belçika – Azərbaycan matçı martın 29-da Brüssel şəhərində baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar