Bekhem restoran açacaq
03 Dekabr 2012 Bazar Ertəsi 10:58
İngilis futbolçu Amerika karyerasını başa vuraraq vətəninə qayıdır
Dünyanın ən tanınmış futbolçularından olan Devid Bekhem vətəninə qayıdır. ANS PRESS-in "The Sun"a istinadla verdiyi məlumata görə, futbolçu vətəni Londona qayıdaraq restoran açmaq niyyətindədir. O, məşhur aşbaz və teleulduz olan Qordon Ramzi ilə əməkdaşlıq edəcək.

"Biz çox yaxşı dostuq. Birgə planlarımız var. Düşünürəm ki, layihəmiz tezliklə reallaşacaq. Restoran açmaq çox maraqlı biznesdir".

İngiltərə yığmasının keçmiş kapitanı, 2007-ci ildən Amerikanın "Los Ancelis Qelaksi" klubunda oynayan Bekhem komanda üçün sonuncu oyuna dekabrın 1-də çıxıb. Futbolçunun bundan sonra Fransanın "Monako" klubunun şərəfini qoruyacağı gözlənilir.

Futbolçunun Londona qayıdacağı barədə məlumatların doğru olmasına əsas verən faktlardan biri də onun həyat yoldaşı Vixktoriya Bekhemin ailəsi üçün ev və restoran üçün yer axtarışına başlamasıdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar