Bekhem kostyumla futbol oynadı
23 Mart 2013 Şənbə 05:46
Oyundan ən çox matç vaxtı Bekhemə toxuna bilən şagirdlər məmnun qalıb.
Çinin “Futbol elçisi” olan ulduz futbolçu Devid Bekhem bu ölkəyə səfərə gedib. Məktəbləri gəzərək pərəstişkarları ilə görüşən futbolçu litseylərdən birində futbol oynayıb. Qeyd edək ki, tələbələrin dəvət etməsi ilə Bekhem pencəyini soyunub, qalstukunu köynəyinin yaxasına keçirib, ağ köynəyi, şalvarı və ayaqqabısı ilə meydançaya girərək futbol oynayıb. Ulduz futbolçunun belə oynaması şagirdlər və mətbuat nümayəndələri tərəfindən maraqla qarşılanıb. Oyundan isə ən çox matç vaxtı Bekhemə toxuna bilən şagirdlər məmnun qalıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar