Bekhem karyerasının ən gözəl qollarından birini vurdu
20 Aprel 2012 Cümə 17:40
İngilis futbolçunun qolu “Los Anceles Qalaksi”yə qələbə qazandırıb.
Vaxtilə İngiltərənin “MançesterYunayted” və İspaniyanın “Real” klublarının şərəfini qorumuş Devid Bekhem azarkeşlərini sevindirməkdə davam edir. ANS PRESS-in məlumatına görə, 37 yaşlı futbolçu “Los Anceles Qalaksi” - “Portlend” matçında karyerasının ən gözəl qollarından birinə imza atıb. İngilis futbolçu rəqibin cərimə meydançası həndəvərində topu qəbul edərək doqquzluğu dəqiq nişan alıb. Devid Bekhemin qolu sayəsində “Los Anceles Qelaksi” rəqibini 3:1 hesabı ilə məğlub edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar