Bekhem Dünya çempionatına gedəcək
19 Mart 2010 Cümə 16:50
Fabio Kapello Bekhemin mənəvi dəstəyini istəyir
Futbol üzrə İngiltərə yığma komandasının baş məşqçisi Fabio Kapello Devid Bekhemin Cənubi Afrikaya getməsini istəyir. Bunu İspaniyanın “Gol” televeziyasına müsahibəsində italiyalı mütəxəssis bildirib.
“Təəssüf ki, Bekhemin oynamayacağı dəqiqləşib”,-deyən Kapello onun İngiltərə yığmasına mənəvi dəstək ola biləcəyini bildirib.
Xatırladaq ki, martın 14-də baş tutan “Milan” - “Kievo” oyununda zədələnən və baldır əzələlərinin dabana bağlı olan vətəri qopan məşhur ingilis futbolçusu Devid Bekhem bu həftə Finlandiyada əməliyyat olunub. 34 yaşlı futbolçunun təqribən 6 ay müddətində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bununla da ingilis futbolçunun 2010 Dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: