Bekham bədəninə İsa peyğəmbərin şəklini döydürüb
28 Fevral 2011 Bazar Ertəsi 06:56
Məşhur futbolçu şəklin 8 və 4 saatlıq 2 seansda bədəninə döyüldüyünü bildirib.
İngilis futbolçu Devid Bekham bədəninə Hz. İsa peyğəmbərin şəklini döydürüb. Bu məlumatı sosial şəbəkə saytın “Facebook”da futbolçu özü yayıb. Şəkli özünə aid “Facebook” səhifəsində yayımlayan Bekham rəsmdə Hz. İsanı aparan mələklər; Romeo, Broklin və Qruzun nümayiş olunduğunu deyib. Bekham şəkli bədəninə döyən, Conni Depp, Bred Pitt və Ancelina Colinin də ustası olan Mark Mahoneyi tərifləməyi yaddan çıxarmayıb. Məşhur futbolçu şəklin 8 və 4 saatlıq 2 seansda bədəninə döyüldüyünü bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar