Bəhreyn yığması Bakıda süni örtüklü meydanda oynamaq istəmədi
06 Avqust 2012 Bazar Ertəsi 17:15
Azərbaycan-Bəhreyn matçı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirilməli idi. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb.

Həmin müraciət nəzərə alınaraq, Azərbaycan - Bəhreyn oyununun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub.
Oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar