Bədii gimnastlarımız Dünya Kuboku yarışında 3-cü oldular
18 Avqust 2009 Çərşənbə Axşamı 13:40
Dünya Kuboku Azərbaycan idmançıları üçün uğurlu alınıb

Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil olunan bədii gimnastika üzrə Dünya Kuboku yarışına yekun vurulub. Qrup komandalarının yarışında, Azərbaycan halqa hərəkətlərində 24, 550 xal toplayıb. ANS PRESS-in “Azərtac”-a istinadən verdiyi məlumata görə, komandamız lent və iplə hərəkətlərdə 24, 175 xal toplayaraq 3-cü olub. Fərdi yarışlarda çıxış edən bədii gimnastımız Anna Qurbanova topla hərəkətlərdə 24, 825 xal toplayıb. Bu nəticə ilə Anna Qurbanova 6-cı yeri tutmağa müvəffəq olub. Anna Qurbanova ip və lentlə hərəkətlərdə isə 7-ci pilləyə sahib çıxıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar