Bədii gimnastika üzrə yarış başa çatıb
    08 Fevral 2010 Bazar Ertəsi 17:35
    Bədii gimnastika üzrə 17-ci açıq Bakı birinciliyində yerli idmançılarla yanaşı qonaqlar da mübarizə aparıb
    
                	 
    
         Bakı Olimpiya kompleksində bədii gimnastika üzrə 17-ci açıq Bakı birinciliyi başa çatıb. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, Bolqarıstan və Gürcüstan idmançıları da iştirak edib. 
2000-ci il təvəllüdlü idmançıların yarışında Jalə Piriyeva qalib gəlib. 
2001-ci il təvəllüdlü idmançılar arasında Zöhrə Ağamirova, 2002-ci il təvəllüdlü gimnastlar arasında isə ukraynalı Mariola Bondarçuk birinci yeri tutub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: