Bədii gimnastika çempionatı başa çatdı
06 Aprel 2009 Bazar Ertəsi 10:45
3 gün davam etmiş ölkə çempionatında 54 gimnast mübarizə aparıb

 

Bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb. Final günündə gənclər və böyüklər nəyə qadir olduqlarını nümayiş etdiriblər. Gənclər arasında Ayşə Mustafayeva 4 alətin hər birində hakimlər tərəfindən ən yüksək balla qiymətləndirilib. Ayişə ip, halqa, top və gürzlərlə hamıdan əla davranıb. Böyüklərin yarışı da kifayət qədər maraqlı alınıb. Burada Aliyə Qarayeva 3 alətdə bütün rəqiblərindən üstün olub. Aliyə yalnız halqa ilə çıxışında birinciliyi əldən verib. Çünki bu alətdə Anna Qurbanova rəqibindən daha yaxşı davranıb. Bədii gimnastika üzrə ölkə çempionatının qaliblərini diqqətinizə çatdırırıq.

Yuniorlar

İplə hərəkətlər

1. MUSTAFAYEVA AYŞƏ - 21.325

2. Prokopenko Yekaterina – 20.95

3. Yusifova Lalə - 20.3


4. Əhədzadə İradə - 19.725

5. Cabbarlı Aynur – 19.025



Halqa

1. MUSTAFAYEVA AYŞƏ - 22.325

2. Yusifova Lalə - 21.4

3. Bağıyeva Mənsurə - 20.475

4. Cabbarlı Aynur – 20.125

5. Prokopenko Yekaterina – 19.925


Top

1. MUSTAFAYEVA AYŞƏ - 22.275

2. Prokopenko Yekaterina – 21.325

3. Bağıyeva Mənsurə - 20.85


4. Yusifova Lalə - 20.5

5. Abdullayeva Rəhimə - 20.35


Gürzlər

1. MUSTAFAYEVA AYŞƏ - 21

2. Yusifova Lalə - 20.75

3. Cabbarlı Aynur – 19.75


4. Prokopenko Yekaterina – 19.45

5. Bağıyeva Mənsurə - 18.6


Seniorlar


İp

1. QARAYEVA ALİYƏ - 26.725

2. Qurbanova Anna – 25.5

3. Cavadlı Zeynəb – 25.225


4. Qorina Dina – 23.725

5. Mustafayeva Samirə - 23.3


Halqa

1. QURBANOVA ANNA – 26.725

2. Qarayeva Aliyə - 25.175

3. Cavadlı Zeynəb – 25.1

4. Mustafayeva Samirə - 23.325

5. Abdullayeva Səidə - 20.65


Top

1. QARAYEVA ALİYƏ - 27.375

2. Qurbanova Anna – 26.15

3. Cavadlı Zeynəb – 24.3


4. Qorina Dina – 24.225

5. Mustafayeva Samirə - 23.05


Lent

1. QARAYEVA ALİYƏ - 27.025

2. Qurbanova Anna – 25.375

3. Cavadlı Zeynəb – 24.825

4. Mustafayeva Samirə - 24.35

5. Abdullayeva Səidə - 19.525

Qeyd edək ki, 3 gün davam etmiş ölkə çempionatında fəxri mükafatlar uğrunda 54 gimnast mübarizə aparıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar