Bazna Kinqs superturniri başa çatıb
25 İyun 2010 Cümə 23:30
Bazna Kinqs superturniri başa çatıb. Teymur Rəcəbov beynəlxalq turnirdə ikinci oldu.
Şahmatçımız Teymur Rəcəbov Rumıniyada keçirilmiş “Bazna Kinqs” turnirini ikinci pillədə başa vurub. Son turda Rəcəbov israilli rəqibi Boris Helfandla üz-üzə gəlib.
Turnirin son oyun günü Teymur Rəcəbov, Boris Helfandı məğlubiyyətə uğradıb. Günün digər oyununda Norveçli beynəlxalq qrossmeyster Maqnus Karlsen Çin təmsilçisi Van Yueni şahsız qoyub. Rumıniyalı Diter Nisipyanu isə Ukrayna bayrağı altında çıxış edən Ruslan Panamaryovla bacara bilməyib. Bu nəticələrdən sonra Maqnus Karlsen aktivindəki 7 xal yarımla “Bazna Kinqs” superturnirinin qalibi adını qazanıb.
İkinciliyi ondan 2 xal geri qalmış Teymur Rəcəbov əldə edib. Rəcəbovla eyni xala malik Boris Helfand şəxsi əmsallarının aşağı olması səbəbindən üçüncülüklə kifayətlənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: