Bayquşu öldürən futbolçuya cəza verildi
04 Mart 2011 Cümə 17:16
Luis Moreno iki oyunluq diskvalifikasiya ilə yanaşı 560 dollar cərimə olunub
Kolumbiyanın “Deportivo Pereyra” klubunun futbolçusu Luis Moreno iki oyunluq diskvalifikasiya edilərək 560 dollar cərimə olunub. ANS PRESS-in “Utro.ru”ya istinadən verdiyi məlumata görə, futbolçu klubun talismanı olan bayquşu öldürdüyünə görə bu cəzaya layiq görülüb. Qeyd edək ki, insident “Deportivo Pedreyra” – “Atletiko Xunior” matçında yaşanıb. “Atletiko Xunior” klubunun talismanı olan bayquşa təsadüfən top dəydikdən sonra quş meydana düşüb.

Hakim oyunu saxlayaraq bayquşu yerdən götürmək istəyərkən Luis Moreno quşa ayaqla zərbə vurub. Zərbənin təsirindən bayquş ən azı 3 metr uzaqlıqda yerə düşüb. Bayquş yaxınlıqda olan veterinar klinikasına çatdırılsa da, ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar