Bavariya liderliyə yüksəldi
16 Yanvar 2010 Şənbə 10:25
Münhen klubu 18-ci turun açılış oyununda “Hoffenhaym”a qalib gəlib
Dünən futbol üzrə Almaniya çempionatının 18-ci turunun açılış qarşılaşması baş tutub. “Bavariya” öz meydanında “Hoffenhaym” klubunu qəbul edib. Görüş “Bavariya”nın 2:0 hesablı qələbəsilə yekunlaşıb.

Münhen klubunun qollarına Demikles və Kloze imza atıb. “Bavariya” bu qələbə sayəsində aktivindəki xalların sayını 36-ya çatdıraraq liderliyə yüksəlib.

“Hoffenhaym” isə 25 xalla 7-ci yerdə qərarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar