Bavariya çempionluğa gedir
02 Fevral 2013 Şənbə 23:02
Münhen təmsilçisinin növbəti qurbanı "Maynts" olub.
Münhenin "Bavariya" klubu Almaniya çempionatının növbəti turu çərçivəsində yenidən qələbə qazanıb. ANS PRESS-in məlumatına görə, Münhen klubu səfərdə "Maynts" klubu ilə qarşılaşıb. Görüş qonaqlar üçün çətin keçməyib. "Bavariya" rəqib qapıdan 3 cavabsız top keçirib. Qarşılaşmada Mandzukiç dublla yadda qalıb. Müller isə bir qol vurub. Əgər hər hansı fövqəladə hadisə baş verməsə "Bavariya" böyük ehtimalla 2012/13-cü il mövsümündə növbəti ölkə çempionluğunu bayram edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar