Bavariya Almaniya Kubokunun qalibi oldu
16 May 2010 Bazar 03:15
Münhen kulubu Bavariya finalda “Verder”in qapısında dörd cavabsız top keçiriblər.
Münhenin “Bavariya” klubu Almaniya Kubokunun qalibi olub. O, final qarşılaşmasında Bremenin “Verder” komandasına 4:0 hesabı ilə qalib gəlib.

Berlində keçirilən oyunda qolları Aryen Robben (penalti), İviça Oliç, Frank Riberi və Bastian Şvaynştayger vurub. “Verder” qarşılaşmanı 10 nəfərlə yekunlaşdırıb. Torsten Frinqs meydandan qovulub.

Bu, “Bavariya”nın hazırkı mövsümdə ikinci uğurudur. Lui van Qalın yetirmələri bir həftə əvvəl Bundesliqada çempionluğu bayram etmişdilər. Amma uğurlar bununla bitmək ehtimalı da var. Münhenlilər mayın 22-də Çempionlar Liqasının finalında “İnter”i məğlub etməklə üçüncü mükafatı da qazana bilərlər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar