Basketbol üzrə Azərbaycan millisi qalib gəldi
22 Avqust 2011 Bazar Ertəsi 00:56
Hazırda Azərbaycan millisi qrupda 12 xalla birinci yerdədir
Basketbol üzrə Azərbaycan yığması Avropa çempionatının “B” divizionunda növbəti oyununu keçirib. “AzərTAc”ın məlumatına görə, avqustun 21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində millimiz Rumıniya yığmasını qəbul edib və 74:56 hesabı ilə qələbə qazanıb. Hazırda Azərbaycan millisi qrupda 12 xalla birinci, İsveç ikinci, Rumıniya millisi isə üçüncü yerdədir. Güclülər divizionuna vəsiqə əldə etmək üçün komandalar qrupda ilk iki yerdən birini tutmalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar