Basketbol millimiz Əlcəzairlə üz-üzə gələcək
19 İyun 2012 Çərşənbə Axşamı 22:55
Kişi basketbolçulardan ibarət yığmamız Türkiyəyə təlim-məşq toplanışına yollanır.
Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlaşan kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 20-də Türkiyəyə yollanacaq. Baş məşqçi Elxan Əliyevin yetirmələri İstanbulda 15 günlük təlim-məşq toplanışı keçəcək.
Millimiz hazırlıq dövründə 3 rəqiblə oynamağı da planlaşdırır. Artıq komandalardan birinin adı müəyyənləşib. Yığmamız iyunun 26-27-də Əlcəzair millisi ilə 2 yoxlama matçı keçirəcək.
Bu görüşün ardınca basketbolçularımız daha 2 qarşılaşmada gücünü yoxlayacaqlar. Rəqiblərin adı hələ müəyyənləşməsə də, növbəti matçın iyunun 29-30-da baş tutması gözlənilir.
Amerikalı legionerlər istisna olmaqla, bütün basketbolçularımız hazırlıqlarda iştirak edəcək.
DOSTLARINLA PAYLAŞ: