Başından güllələnən gənc futbolçu öldü
05 Oktyabr 2010 Çərşənbə Axşamı 17:30
19 yaşlı Nelson Rivera xəstəxanada keçinib.
Salvadorun gənclərdən ibarət komandasının futbolçusu Nelson Rivera 2 həftə əvvəl başından aldığı güllə yarasından keçinib.Riveranın çıxış etdiyi “İsidro Metapan” klubunun direktoru Roberto Kamposun sözlərinə görə, həkimlər futbolçunun başından qəlpəni çıxarmaq istəyərkən o vəfat edib.
Xatırladaq ki, 19 yaşlı futbolçu Salvadorun şərqində cinayətkarların hücumuna məruz qalmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: