Başına top dəyən futbol hakimi xəstəxanalıq oldu
    25 Dekabr 2009 Cümə 04:15
    Hücumçunun topa zərbəsindən sonra huşunu itirən hakim yerə yıxılıb
    
                	 
    
         Mərakeşdə iki yerli futbol komandasının qarşılaşması hakim üçün uğursuzluqla nəticələnib. Oyunun qızğın vaxtında o komandalardan birinin hücumçusu ilə rəqib komandanın qapısı arasında qalıb. Qol olmayıb. Amma top hakimin başına dəyib və o hüşunu itirərək yerə yıxılıb. 
On dəqiqə sonra hakimi xəstəxanaya aparıblar. Orada zərərçəkənə beyin silkələnməsi və boynunda ciddi xəsarətlər diaqnozu qoyulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: