Başına şayba dəyən hokkey hakimi öldü
31 Yanvar 2010 Bazar 01:20
Bədbəxt hadisə İsveçin Ramsele şəhərində baş verib
Şimali İsveçdə gənclərdən ibarət komandalar arasında hokkey oyunu zamanı hakim həlak olub. Bədbəxt hadisə Ramsele şəhərində Sollefteo və Husum şəhərlərinin gənclər komandaları arasında qarşılaşma zamanı baş verib.
Ehtiyat oyunçuları skamyasını yaxınlığında dayanan hakimin boynuna şayba dəyib. Nəticədə hakim yıxılıb və ənsəsi yerə dəyib. Hadisə hokkey qarşılaşmasının birinci hissəsində baş verib və bundan sonra oyun dayandırılıb. Oyunda iştirak edən təcili tibbi yardım maşını sürücüsü hakimə ilkin tibbi yardım göstərib, təcili tibbi yardım briqadası gələnədək onun yanında olub. Hakim əvvəlcə zəif həyat əlamətləri nümayiş etdirsə də, xəstəxanaya çatdırılarkən dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələlik müəyyən edilməyib.
Bu, İsveçdə hokkey qarşılaşması zamanı baş verən ilk analoji öküm hadisəsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: