Baş məşqçisi istefaya göndərildi
16 Mart 2009 Bazar Ertəsi 12:10
Araz klubunun baş məşqçisi istefaya göndərildi, Böyükağa Hacıyev qeyri-qənaətbəxş fəaliyyət göstərdiyi üçün komandadan uzaqlaşdırılıb

Futzal üzrə Azərbaycan çempionu Naxçıvanın “Araz” klubunun baş məşqçisi Böyükağa Hacıyev istefaya göndərilib. Klubun rəhbərliyinin verdiyi məlumata görə, baş məşqçi qeyri-qənaətbəxş fəaliyyət göstərdiyi üçün komandadan uzaqlaşdırılıb. Böyükağa Hacıyev 2008-ci ilin iyunundan “Araz” klubunun baş məşqçisi idi. Qeyd edək ki, Araz klubu 3 qat Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar