Baş məşqçi qeyri-müsəlmanları yığmaya çağırmır
16 Yanvar 2010 Şənbə 13:15
Həsən Şehata üçün istedadlı olmaq əsas şərt deyil
Futbol üzrə Misir yığma komandasının baş məşqçisi Həsən Şehata maraqlı açıqlamalarla diqqət çəkib. O, Misir yığmasına oyunçu seçərkən futbolçuda ən önəmli amillərdən biri kimi müsəlmançılığa üstünlük verdiyini bildirib.

“Təkcə istedadlı olmaq Misir yığmasında oynamaq üçün azdır. Futbolçu müsəlman deyilsə onu yığmaya dəvət etmərəm”, -deyə Həsən Şehata bildirib.

Qeyd edək ki, 60 yaşlı baş məşqçi İngiltərədə çıxış edən Hassan Midonu gecə əyləncələrinə meyilli olduğuna görə milliyə çağırmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar