Baş məşqçi Kaxaber Sxadadze azarkeşlərimizə müraciət etdi
22 İyun 2010 Çərşənbə Axşamı 12:35
Kaxaber Sxadadze “İnter” – “Lex” qarşılaşmasında maraqlı mübarizə vəd edir.
"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze UEFA Çempionlar Liqasının püşkatmasına münasibətini bildirib. Klubun rəsmi saytına açıqlama verən K. Sxadadze aşağıdakıları bildirib: "Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmur. "Lex" komandası barədə onu deyə bilərəm ki, Polşa çempionu çox güclü komandadır. Azarkeşləri gərgin və maraqlı qarşılaşmalar gözləyir".

Xatırladaq ki, “İnter” püşkün nəticəsinə görə ikinci mərhələdən Polşanın “Lex” klubu ilə mübarizəyə başlayacaq. Bu mərhələnin ilk matçları iyulun 13-14-də, cavab qarşılaşmaları isə iyulun 20-21-də keçiriləcək. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar