AFFA rəhbərliyi milli komandanın baş məşqçisi Berti Foqtsla müqaviləni uzadıb-uzatmamasını müzakirə etməyib. Bu barədə apasport.az saytına açıqlama verən assosiasiyanın baş katibi Elxan Məmmədov bildi
E.Məmmədov bildirib ki, Rusiya ilə martın 28-də Moskvada keçiriləcək rəsmi oyunda B.Foqtsun qarşısına xüsusi tapşırıq qoyulmayıb: "2008-ci il göstərdi ki, yığmamız daha sabit oyun göstərir. Bəli, məğlubiyyətlər də olur, komandamız heç-heçə də edib, qələbə də qazanıb. Hər halda, millimiz ötən il bir qoldan az buraxmayıb ki, bu, artıq müsbət haldır. Komandaya çox inanırıq. Futbolun inkişafı təbliğatdan çox asılıdır. AFFA-nın son konfransında göstərilən video çarxda milli komanda haqda da göstərildi. Xüsusi yurnal buraxmışıq və ikinci dəfə hesabat hazırlanıb. Bu, tarixdə qalır. Yurnala baxanlar müqayisə edib, inkişafın şahidi ola bilər". Qeyd edək ki, ötən ilin aprelində yığmamızın baş məşqçisi təyin edilən 63 yaşlı B.Foqtsun müqaviləsi cari seçmə mərhələnin sonunda başa çatır.
Bu arada Azərbaycan yığmasının 3 futbolçusu Rusiya ilə oyuna aparılmayacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi B.Foqts yarımmüdafiəçilər - Elvin Məmmədov, Cavid Hüseynov və Rahid Əmirquliyevi U-21-ə göndərib. Onlar martın 28-də Rusiya ilə dünya çempionatının seçmə oyunu vaxtı gənclər yığması ilə Gürcüstanda keçirilən təlim-məşq toplanışında olacaq.
Belə ki, U-21 martın 23-dən 29-dək Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışı keçirəcək. Bu hazırlıq prosesində yığmamız gürcüstanlı həmyaşıdları ilə martın 26-sı və 28-də keçirilən qarşılaşmalarda qüvvəsini sınayacaq.
Qapıçılar: Osman Umarov ("Qarabağ"), Elçin Sadıxov ("Neftçi")
Müdafiəçilər: Maksim Medvedyev ("Qarabağ"), Nodar Məmmədov (MOİK), Tural Nərimanov ("Karvan"), Vurğun Hüseynov ("Qəbələ"), Şəhriyar Rəhimov ("İnter")
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev ("Xəzər-Lənkəran"), Natiq Kərimi, Əfran İsmayılov (hər ikisi "Turan"), Mixail Zaytsev ("Daqdizel", Rusiya), Elvin Məmmədov, Cavid Hüseynov (hər ikisi "İnter"), Taqim Novruzov ("Qarabağ"), Pərvin Paşayev, Anar Qasımov (hər ikisi "Qəbələ"), Cavid İmamverdiyev ("Neftçi")
Hücumçular: Rauf Əliyev ("Qarabağ"), Eşqin Quliyev ("Neftçi"), Bəxtiyar Soltanov ("Bakı"), Nizami Hacıyev ("Olimpik")
Qeyd edək ki, U-21 martın 22-də bir araya gələcək. Hazırda Avropa çempionatının seçmə mərhələsinin elit raundunda iştirak edən U-17-ilə Lüksemburqda olan baş məşqçi Bernard Lippert bu toplanışa 21 futbolçu çağırıb.