Baş hakim oyunda 13 səhvə yol verdi
20 Dekabr 2010 Bazar Ertəsi 17:00
"Belə şərtlər altında 3 xal qazandığımıza görə sevinirəm"
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo “Sevilya” ilə matçdan sonra maraqlı açıqlamaları ilə yadda qalıb. “Real” – “Sevilya” oyunun baş hakimi rəqibin lehinə 13 səhv etdi. Ancaq bu xətalar haqda danışmayacam. Əks halda cəza alaram. Belə şərtlər altında 3 xal qazandığımıza görə sevinirəm. Futbolçularımın göstərdiyi futboldan razıyam”, - deyə Joze Mourinyo bildirib.

Baş məşqçi həmçinin qış fasiləsində “Real”dan bəzi futbolçuların ayrılacağını da vurğulayıb.

Xatırladaq ki, “Real” – “Sevilya” matçı 1:0 hesabı ilə yekunlaşıb. Bu qarşılaşmada “Real”ın futbolçusu Rikardo Karvalyo qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar