Barselonanın futbolçusu xəstəxanalıq oldu
08 Dekabr 2010 Çərşənbə 16:25
"Rubin"lə matçda zədələnən Boyan Krkiç xərəkdə meydandan çıxarılıb
İspaniyanın “Barselona” klubunun futbolçusu Boyan Krkiç Çempionlar Liqasında Rusiyanın “Rubin” klubu ilə görüşdə zədələnərək xəstəxanaya aparılıb. Futbolçu oyunun ilk hissəsində “Rubin”in futbolçusu Salvator Bokketti ilə toqquşaraq başından xəsarət alıb. Krkiç meydandan xərəklə çıxarılaraq dərhal xəstəxanaya çatdırılıb. Futbolçunun nə zaman yaşıl meydanlara dönəcəyi ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, Çempionlar Liqası turniri çərçivəsində “Nou Kamp”da baş tutmuş “Barselona” – “Rubin” görüşü 2:0 hesabı ilə yekunlaşıb. İspaniya klubunun heyətində qolları Viktor Vaskes və Andreu Fontas vurub. Bu nəticədən sonra “Barselona” Çempionlar Liqasında 1/8 final mərhələsində, “Rubin” isə Avropa Liqasında 1/16 final mərhələsində oynamaq hüququ qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar