“Barselona”ya ağır zərbə
10 Mart 2010 Çərşənbə 15:50
“Valensiya” ilə matçda İbrahimoviç və Qvardiola tribunada əyləşəcəklər
“Barselona”nın “Almeriya” ilə oynadığı son çempionat qarşılaşmasında qırmızı vərəqə görən baş məşqçi Xosep Qvardiola və isveçli hücumçu Zlatan İbrahimoviç 1 oyunluq diskvalifikasiya olunublar.

Katoloniya klubu növbəti turda “Valensiya” ilə oynayacağı qarşılaşmaya baş məşqçi və isveçli futbolçusuz çıxacaq.

Xatırladaq ki, “Almeriya” – “Barselona” oyununda Qvardiola hakimi təhqir etdiyi üçün, İbrahimoviç isə rəqib futbolçuya qarşı kobud oyuna görə qırmızı vərəqə almışdılar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar