Barselona və Real ölkə Kubokunda da rəqib oldular
13 Yanvar 2012 Cümə 04:27
Barselona və Real ölkə Kubokunda da rəqib oldular. “Barselona” İspaniya Kubokunun ¼ finalına vəsiqə qazandı.
Futbol üzrə İspaniya Kubokunun 1/8 final mərhələsinin cavab oyununda “Osasuna”nı məğlub edən “Barselona” klubu növbəti mərhələyə çıxıb. ANS PRESS-in məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə başa çatıb. “Barselona”nı ¼ finalda əsas rəqibi “Real”la iki oyun gözləyir.

“Barselona” “Osasuna”nı Aleksis Sançes (49-cu dəqiqə) və Serji Robertonun (72-ci dəqiqə) qolları ilə məğlub edib. Baxmayaraq ki, “Osasu”na Deyan Lekiçin 41-ci dəqiqədə fərqlənməsi ilə hesabda irəli çıxıb.

İlk oyunda kataloniyalılar 4:0 hesabı ilə qalib gəlmişdilər.

İspaniya Kuboku çərçivəsində keçirilən digər qarşılaşmata “Atletika” “Albasete”ni darmadağın edib - 4:0.

Beləliklə, ölkə Kubokunun ¼ final mərhələsində “Valensiya”, “Malyorka”, “Espanyol”, “Levante”, “Mirandes”, “Real” və “Barselona” mübarizə aparacaq. Bu mərhələnin oyunları yanvarın 18-i və 25-də keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar