“Barselona” və “Mançester Yunayted” qalibdir
07 Aprel 2011 Cümə Axşamı 09:36
Klub turnirində ¼ final mərhələsinin ilk oyunları yekunlaşıb
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçları yekunlaşıb. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Barselona” İspaniyada Ukraynanın “Şaxtyor” klubunu qəbul edib. Qarşılaşma İspaniya təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Barselona”nın heyətində Andres İnyesta, Daniel Alveş, Jerar Pike, Seydu Keyta və Xavi fərqlənib. “Şaxtyor”un təsəlli qolunu isə Yaroslav Rakitski vurub. Günün digər qarşılaşmasında isə “Mançester Yunayted” klubu səfərdə “Çelsi” ilə üz-üzə gəlib. Oyun Aleks Ferqyusonun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu Ueyn Runi vurub. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 12-də keçiriləcək.
Xatırladaq ki, aprelin 5-də Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “İnter” – “Şalke” matçı 2:5, “Real” – “Tottenhem” görüsşü isə 4:0 hesabı ilə yekunlaşmışdı.
DOSTLARINLA PAYLAŞ: