Barselona uduzdu
20 Yanvar 2011 Cümə Axşamı 11:00
Barselona “Betis”ə uduzsa da kubok uğrunda mübarizəsini davam etdirir.
“Barselona” klubu İspaniya Kuboku uğrunda ¼ final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Betis”lə görüşdə məğlub olub. Matç 3:1 hesabı ilə “Betis”in xeyrinə yekunlaşıb. “Barselona” ilk oyunda 5:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinal mərhələsinə çıxıb. Növbəti mərhələdə “Barselona”nın rəqibi “Almeriya” olacaq.

“Almeriya” ¼ final mərhələsində “Deportivo”ya iki oyunun nəticəsinə görə müvafiq olaraq 1:0, 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar