“Barselona” rüsvayçı məğlubiyyətə uğradı
04 Avqust 2011 Cümə Axşamı 15:17
“Qvadalaxara” rəqibini 4:1 hesabı ilə məğlub edib
ABŞ-ın Mayami şəhərində növbəti mövsümə hazırlaşan İspaniyanın “Barselona” klubu darmadağına məruz qalıb. ANS PRESS-in məlumatına görə, “Barselona” təlim-məşq toplantısı çərçivəsində Meksikanın “Çivas Qvadalaxara” klubu ilə üz-üzə gəlib.

70 min 80 azarkeşin izlədiyi qarşılaşma Meksika təmsilçisinin 4:1 hesablı qələbəsilə yekunlaşıb. “Barselona” nın heyətində Xavi, İnyesta, David Vilya, Herard Pike və Buskets kimi əsas heyət futbolçularının iştirtak etməsinə baxmayaraq UEFA Çempinonlar Liqası və İspaniya çempionatının son qalibi rəqibinə layiqli müqavimət göstərə bilməyib. “Barselona”nın heyətində təsəlliverici qola David Vilya imza atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar