“Barselona” “Real”ı rüsvay etdi
30 Noyabr 2010 Çərşənbə Axşamı 02:30
“Real” “El Klassiko”da beş top fərqi ilə məğlub oldu
“Barselona” klubu İspaniya çempionatı çərçivəsində “Real”la ev oyununda böyük hesablı qələbə qazanıb. Meydan sahibləri öz qapılarını toxunulmaz saxlayıblar, əvəzində isə İker Kasilyasın qoruduğu qapıdan beş top keçiriblər.

“Kamp Nou”dakı qarşılaşmada “Barselona” hələ 6-cı dəqiqədə hesabı aça blərdi: Lionel Messinin zərbəsindən sonra top qapı dirəyinə dəydi. “Barselona”nın təzyiqləri onunla nəticələndi ki, 10-cu dəqiqədə “Real”ın müdafiə xətti tab gətirə bilmədi. Xavi Adreas İnyestanın ötürməsindən faydalanaraq, meydan sahiblərini hesabda irəli çıxardı-1:0. Amma katalonlar bununla da kifayətlənmədilər. Cəmi 8 dəqiqə sonra Pedro “Real”ın qapısında komandasının ikinci qolunu keçirdi. Birinci hissənin ortalarında komandalar yalnı- basabasla, Kriştiano Ronaldo isə cərimə meydançasında yıxılması və “Barselona”nın baş iəşqçisi Qvrdiola ilə münaqişə ilə yadda qaldı.

İkinci hissədə David Vilyanın 55-ci və 58-ci dəqiqələrdə vurduğu qollar “Barselona”nın üstünlüyünü daha da möhkəmlətdi. Hər iki qolda İspaniya millisinin hücumçusuna məhsuldar ötürmələri Lionel Messi verdi. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə cəmi üç dəqiqə əvvəl meydaan çıxan Jeffren Suares qoydu-5:0.

Oyunda bir qırmızı (Serxio Ramos) və 12 sarı (yeddi dəfə “Real”, beş dəfə “Barselona”) vərəqə göstərildi.

Bu qələbədən sonra “Barselona” turnir cədvəlində “Real”ı qabaqlayıb. “Barselona”nın 34, mövsümdəki ilk məğlubiyyətini alan “Real”ın isə 31 xalı var. Üçüncü pillədəki “Vilyareal” (27 xal) iki nəhəngdən xeyli geri qalır. Qeyd edək ki, “Real” ötən 12 tur ərzində cəmi 6 qol buraxmışdılar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar