“Barselona” “Real”a rəqib oldu
03 Fevral 2011 Cümə Axşamı 10:55
İki komanda İspaniya kuboku uğrunda mübarizə aparacaq
Əzəli rəqiblər olan “Real” və ”Barselona” bu dəfə İspaniya kubokunun final qarşılaşmasında üz-üzə gələcəklər. İki klub kubok uğrunda yarımfinal görüşündə qarşılaşdıqları rəqiblərini məğlub edərək bir-birlərinə rəqib olublar. “Real” yarımfinal mərhələsinin “Santyaqo Bernabeu” stadionunda baş tutan cavab görüşündə “Sevilya”nı 2:0 hesabı ilə məğlub edib. Matçda “Real”ın qollarını Məsut Özil və komandanın yeni transferi Emmanuel Adebayor vurub.
İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən “Real” finala vəsiqə qazanılb. “Barselona” isə “Almeriya” klubunu iki oyunun nəticəsinə görə, 8:0 hesabı ilə məğlub edərək finalda “Real”la qarşılaşmaq hüququ qazanıb. Beləliklə, “Real” – “Barselona” final matçı aprelin 20-də baş tutacaq.
Xatırladaq ki, “Copa del Rey” adı ilə tanınan İspaniya kuboku 1902-ci ildən keçirilir. Turnirin təçkilatçısı İspaniya Kral Futbol Federasiyasıdır. Ötən il İspaniya kubokunu “Sevilya” klubu qazanmışdı.
DOSTLARINLA PAYLAŞ: