Barselona Milan klubunu darmadağın etdi
13 Mart 2013 Çərşənbə 08:24
Kataloniyalılar İtaliyada buraxılan qolların əvəzini ikiqat çıxdılar.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona” öz meydanında “Milan”ı qəbul edib. ANS PRESS-in məlumatına görə, kataloniyalılar qonaqların qapısına dörd cavabsız qol vurublar. Lionel Messi dubla imza atıb, David Vilya və Hordi Alba isə hərəyə bir dəfə fərqləniblər.

Bu komandalar arasında ilk oyun “Milan”ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, İtaliyada buraxılan qolların əvəzini ikiqat çıxan “Barselona” Çempionlar Liqasının ¼ final mərhələsinə yüksəlib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar