Barselona Milan klubuna məğlub oldu
21 Fevral 2013 Cümə Axşamı 02:49
Kataloniya klubu Barselona səfərdə Milan klubuna məğlub oldu.
İtaliyanın “Milan” klubu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində öz meydanında İspaniyanın “Barselona” komandasını 2:0 hesabı ilə məğlub edib.

Azarkeşlər “San-Siro”dakı hər iki qolu ikinci hissədə görüblər. Əvvəlcə qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenq 57-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. 81-ci dəqiqədə isə onun həmvətəni Salli Muntari “Milan”ın üstünlüyünü iki topa çatdırıb.

Cavab qarşılaşması martın 12-də “Kamp Nou”da keçiriləcək.

M_B

Vezi mai multe video din animale



DOSTLARINLA PAYLAŞ:

oyunlar