Barselona klubu El Klassiko öncəsi büdrədi
27 Aprel 2011 Çərşənbə 10:46
Barselona klubunun futbolçusu İnyestanın bu gün keçiriləcək oyunda iştirakı sual altındadır.
İspaniya yığması və “Barselona” klubunun aparıcı futbolçularından olan Andres İnyesta zədələnib. ANS PRESS-in İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu məşq zamanı əzələsini dartıb. İnyestanın bu gün UEFA Çempionlar Liqası turniri çərçivəsində keçiriləcək “Real” – “Barselona” oyununda forma geyinməsi də sual altındadır.

Futbolçu Madridə aparılsa da onun matç zamanı meydana çıxıb-çıxmayacağı oyun saatlarında həkim müayinəsindən sonra məlum olacaq. Əgər İnyesta “El Klassiko”da forma geyinməsə, onu meydançada Seydu Keyta əvəzləyəcək.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutacaq “Real” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu komandalar arasında cavab görüşü mayın 3-də Barselonada təşkil ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar