Barselona klubu Boyan Krkiç ilə vidalaşır
22 İyun 2011 Çərşənbə 17:17
Barselona klubunun ulduzu Boyan Krkiç “Roma” ilə razılığa gəlib.
İtaliyanın “Roma” klubu “Barselona” klubunun üzvü Boyan Krkiçin transferini böyük ölçüdə həll edib. ANS PRESS-in “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, “Roma” klubunun idman direktoru Valter Sabatini Krkıçin keçidi ilə bağlı qarşı tərəflə razılıq əldə olunduğunu bildirib.

“Biz həm “Barselona” rəhbərliyi, həm də futbolçunun özü ilə razılıq əldə etmişik. Danışıqlar çox yaxşı gedir. Ümid edirik ki, hər şey uğurlu sonluqla yekunlaşacaq”, - deyə Valter Sabatini bildirib.

Krkıçin “Roma”ya 10 milyon avroya başa gələcəyi ehtimal edilir.

Xatırladaq ki, Boyan Krkiç əslən serb olsa da, İspaniyanın gənclərdən ibarət komandasının şərəfini qoruyur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar