Barselona klubu borca düşdü
07 İyul 2010 Çərşənbə 16:20
Barselona klubu futbolçuların məvacibini verə bilmir.
İspaniyanın “Barselona” klubu futbolçuların və işçilərin məvaciblərini ödəmək üçün 150 milyon avro kredit götürmək fikrindədir. Bu məlumatı "The Financial Times" yayıb.

“Barselona”nın yeni prezidenti Sandro Roselin sözlərinə görə, klub maliyyə ilə bağlı çətinliklər çəkdiyi üçün rəhbərlik belə addım atmağa məcbur olub. Bununla yanaşı İspaniya klubu ukraynalı futbolçu Dmitri Çiqrinskini “Şaxtyor”a satmaqla daha 15 milyon avro qazanc əldə edib.

Xatırladaq ki, “Barselona” dünyanın ən varlı klublarından sayılır. 2009-cu ildə bu klubun gəliri 366 milyon avro təşkil edib. “Barselona” bu göstəriciyə görə, yalnız 400 milyon avro gəlir əldə etmiş əzəli rəqibi “Real”dan geri qalıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar