Barselona İspaniya çempionatında rekorda imza atdı
18 Noyabr 2012 Bazar 04:40
Kataloniya klubu mövsüm başlayandan 12 oyunda 11 qələbə qazanıb.
“Saraqosa” üzərində qələbə ilə “Barselona” klubu İspaniya çempionatında uğurlu start rekordunu təzələyib. ANS PRESS-in məlumatına görə, “Barselona” öz meydanında 3:1 hesabı ilə qalib gəlib. Qollardan ikisini Lioner Messi, birini isə Aleks Sonq vurub.

Bu, “Barselona”nın 12 qarşılaşmada 11-ci qələbəsi idi. Kataloniyalılar cari mövsümdə yalnız “Real”la 7-ci turda heç-heçə oynayıblar.

Bundan əvvəlki rekord “Real”a məxsus idi. “Kral klubu” 1968/1969 və 1991/1992-ci illər mövsümlərində 11 oyunda 10 qələbə qazanmışdı.

Hazırda İspaniya çempionatında 34 xalla “Barselona” liderdir. Onun ən yaxın rəqibi Madrid “Atletiko”su 11 oyundan sonra 28 xal topolayıb. “Real” isə 12 oyundan sonra 26 xalla üçüncü yerdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar